Naxçıvan Dövlət Universitetində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynovanın “XX əsrdə Dərələyəzdə urbisid və etnosid aktları” kitabının və “Ulduz” jurnalının Qərbi Azərbaycana həsr olunmuş may sayının təqdimat mərasimi keçirilmişdir

NDU-nun rektoru dos. Elbrus İsayev tədbiri giriş nitqi ilə açmış, həm “XX əsrdə Dərələyəzdə urbisid və etnosidlər” kitabının, həm də “Ulduz” jurnalının olduqca əhəmiyyətli mövzuya həsr olunduğunu bildirmişdir.

NDU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosentləri Arifə Zeynalova və Qənirə Əsgərova, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi dos. Zülfiyyə İsmayıl çıxış edərək “XX əsrdə Dərələyəzdə urbisid və etnosidlər” kitabında Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində mövcud olmuş yaşayış məntəqələrinin adlarının elmi-nəzəri əsasları, ayrı-ayrı coğrafi ərazilərdə yayılma arealları, leksik-semantik xüsusiyyətlərinin araşdırıldığını, iki əsrlik zaman kəsiyində erməni faşistləri tərəfindən Dərələyəz mahalında xarabalığa çevrilmiş kənd adlarının tarixi və etimoloji baxımdan təhlil edildiyini vurğulamışlar.

ADPU-nun Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova, Müvəkkil Hüquq Mərkəzinin sədri, tədqiqatçı, hüquqşünas Səməd Vəkilov, ADPU Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin sədri t.ü.f.d. Leyla Calalova çıxış edərək “Ulduz” jurnalının may sayında Qərbi Azərbaycandan olan görkəmli elm adamlarının, ictimai xadimlərin yazılarında bu ərazinin tarixi, aşıq yaradıcılığı, təhsili, müxtəlif mahalları, dahi şəxsiyyətləri barədə faktların öz əksini tapdığını bildirmişlər.

Prof. Mahirə Hüseynova sonda çıxış edərək tədbirin təşkilinə görə NDU-nun rəhbərliyi və kollektivinə öz təşəkkürünü bildirmiş, təqdimat mərasimi keçirilən kitab və jurnalın Qərbi Azərbaycana qayıdış yolunda görülən vacib işlərin bariz nümunəsi olduğunu qeyd etmişdir.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur