ADPU-nun Filologiya fakültəsində pedaqoji internatura nəticələrinin qiymətləndirilməsinə başlanılıb

13.06.2024-cü il tarixində Filologiya fakültəsi Xarici dil müəllimliyi (ingilis), Xarici dil müəllimliyi (fransız) ixtisasları üzrə İND2010B, İND2011B, FRD2009B qruplarında təhsil alan tələbələrin yekun hesabatları qiymətləndirilmişdir.

Hesabatların dinlənilməsində ADPU-nun rektoru prof. C.Cəfərov, Tədris işləri üzrə prorektor dos. E.Aslanov, Tədris departamentinin direktoru dos. S.Əliyev, Filologiya fakültəsinin dekanı dos. K.Həsənova iştirak etmişdir. Tələbələr pedaqoji internatura müddətində keçdikləri sınaq dərsləri, tədris etdikləri siniflər haqqında təqdimatlar edib, istifadə etdikləri əyani vəsaitləri göstəriblər.

Qeyd edək ki, pedaqoji internatura 16.02.2024-24.05.2024 tarixləri müddətində davam etmişdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur