”Ulduz” jurnalının Qərbi Azərbaycana həsr olunmuş may sayında ADPU rəhbərliyinin yazıları dərc olunmuşdur
Beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova və tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun ön sözü ilə başlayan jurnalda rektor prof. Cəfər Cəfərovun “Qərbi Azərbaycan İcmasının yaranması tarixi zərurətdir”, Filologiya fakültəsinin dekanı dos. Könül Həsənovanın “Alim şair Həsən Mirzəyə həsr olunmuş şeir mətnlərində qənaət prinsipinin linqvokulturoloji xüsusiyyətləri” adlı yazıları işıq üzü görmüşdür.
Qeyd edək ki, jurnalda tanınmış alimlərin, ictimai xadimlərin yazıları və Qərbi Azərbaycana həsr olunmuş şeirlər də dərc olunmuşdur.