ADPU-nun Filologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilmişdir

Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova iclası giriş nitqi ilə açaraq son bir ayda fakültədə olan kadr dəyişiklikləri və görülən işlər barədə şura üzvlərinə məlumat vermişdir.

Filologiya fakültəsinin dekan müavini dos. Pəri Paşayeva pedaqoji internaturanın nəticələri barədə şura üzvlərini məlumatlandırmış, dekan müavini fil.ü.f.d. Zemfira Abbasova 2023/2024-cü tədris ili yay imtahan sessiyasının təşkili barədə ətraflı məruzə ilə çıxış etmişdir.

Cari məsələlər müzakirə olunduqdan sonra ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova və professor-müəllim heyəti onlara münasibətini bildirmiş, öz təkliflərini irəli sürmüşlər.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur