ADPU-nun Filologiya fakültəsinin əməkdaşının təşəbbüsü ilə universitetdə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

Tarix və coğrafiya fakültəsində keçirilən Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş “Tarixdə iz qoyan dahi şəxsiyyət” adlı tədbir Xarici dillər mərkəzinin dosenti Svetlana Məmmədovanın təşəbbüsü ilə baş tutmuşdur.

Dos. Svetlana Məmmədova tədbirdə açılış nitqi ilə çıxış edərək Ulu Öndərin bütün həyatını xalqın xoşbəxt gələcəyinə, müstəqil, qüdrətli, daim inkişaf edən Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etdiyini vurğulamış, dahi şəxsiyyətin vətən və xalq qarşısındakı xidmətlərinin əvəzolunmaz olduğunu bildirmişdir.

Ardınca tələbələr müxtəlif şeirlər səsləndirmiş, Ulu Öndərə həsr olunmuş çıxışlar etmişlər.

Qeyd edək ki, tədbirdə Filologiya fakültəsinin dekan müavini dos. Pəri Paşayeva, Tarix və coğrafiya fakültəsinin dekan müavini f.e.ü.f.d. Paşa Quluzadə, Xarici dillər mərkəzinin müdiri dos. Ülviyyə Hacıyeva, müdir müavini Günay Alıyeva və professor-müəllim heyəti iştirak etmişlər.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur