
Xarici dil müəllimlərinin II Beynəlxalq Forumu (IFFT)-2024
14 iyun 2024-cü il tarixində "Yaşıl dünya naminə həmrəylik ili" və "Yaşıl UNEC ili" ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin və onun rəsmi dil mərkəzi olan #UNEC Language Center-in təşkilatçılığı, #British Council-in, #Yelo Bankın və #Azərbaycan Dövlət Pedaqoji Universitetinin dəstəyi ilə "Eko Dilçilik” mövzusunda II Beynəlxalq Forum keçiriləcək ????????
Azərbaycanın bir çox görkəmli dühalarının yaradıcılığında əks etdirilən təbiətə sevgi, onun gözəlliklərinin tərənnümü və mühafizəsinə dair fikirlər illərlə bəşəriyyətə aşılanmışdır. Bu təfəkkürün günümüzdə davamlı olaraq təbliğ edilməsi, cəmiyyətdə ekoloji mədəniyyətin formalaşmasına dəstək olmaq hər birimizin borcudur
Forum müxtəlif universitetlərdən, məktəblərdən və kurslardan xarici dil müəllimlərinin iştirakı ilə baş tutacaqdır. Tədbir xarici dil dərslərində tədris, tələbələrin qiymətləndirilməsi, tələbələrin dərsə həvəsləndirilməsi, onlarda motivasiyanı artıran müxtəlif üsul və yollar, tələbələrin dərsə cəlb edilməsi ilə bağlı problemlər və strategiyaların müzakirəsi və fikir mübadiləsi aparılaraq xarici dil müəllimlərinə töhvə vermək məqsədilə təşkil edilir.
Təlimdə xarici speakerlər və yerli mütəxəssislər çıxış edəcəklər
Tədbir sonunda iştirakçılara SERTİFİKAT təqdim olunacaq
İŞTİRAK ETMƏK ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK MÜTLƏQDİR!
Qeydiyyat üçün mesaj bölməmizə müraciət edə bilərsiniz
Əlaqə vasitələrimiz:
(+994) 55 217 62 64 (Whatsapp)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
@uneclanguagecenter (Instagram)