ADPU-nun Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş konfransı keçirilmişdir

24.05.2024-cü il tarixində keçirilən konfransda 5 bölmə üzrə 77 tələbə iştirak etmiş, onlar Azərbaycan dili, Azərbaycan və dünya ədəbiyyatı, ümumi dilçilik, tədris texnologiyaları, ingilis dili və ədəbiyyatı, fransız dili və ədəbiyyatı, türk dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı ilə bağlı məruzələrlə çıxış etmişlər.

Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova çıxış edərək tədris ilinin yekununda keçirilən bu konfransda tələbələrin yalnız çıxışları ilə deyil, maraqlı təqdimatları ilə də seçildiyini bildirmiş, texniki vəsaitin yüksək səviyyədə olmasının onların tədqiqat işlərini yüksək texnologiyalar vasitəsi ilə təqdim etməyinə şərait yaratdığını qeyd etmişdir.

Filologiya fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin sədri, dosent əvəzi Məlahət Babayeva öz nitqində cari ildə tələbələrin TEC-in xətti ilə respublikamızda və xarici ölkələrdə keçirilən konfranslarda da müntəzəm olaraq iştirak etdiyini, hər həftə “Akademik yazı”, “İngilis dilində işgüzar yazışmalar”, “Ədəbiyyatda psixoloji ünsürlər”, “Diksiya və nitq mədəniyyəti”, “Yazı psixologiyası”, “Ədəbiyyatda fəlsəfi məqamlar” mövzularında təlimlərin təşkil olunduğunu vurğulamış, tanınmış yazar, şairlərlə görüşlərin olduğunu bildirmişdir.

Qeyd edək ki, konfransda Azərbaycan dilindən başqa türk, rus, ingilis və fransız dillərində də çıxışlar dinlənilmişdir.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur