ADPU-nun Filologiya fakültəsində şair, yazıçı-jurnalist Qəşəm Nəcəfzadə ilə görüş keçirilmişdir

23.05.2024-cü il tarixində keçirilən “Sənin dərsin” adlı görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova, professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.

Professor Mahirə Hüseynova tədbiri giriş sözü ilə açaraq şair Qəşəm Nəcəfzadənin həyat yolu, yaradıcılığı barədə məlumat vermiş, onun Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq Ədəbiyyyatı Şöbəsinin rəhbəri olduğunu bildirmiş, şeirlərindən birini səsləndirərək təhlil etmiş, orijinallığını iştirakçıların diqqətinə çatdırmışdır.

Professor Yaqub Babayev çıxış edərək şairlə olan gənclik xatirələrini bölüşmüş, şəxsi keyfiyyətlərini sadalamış, poeziyasının əsas məziyyətləri haqqında fikirlərini bildirmiş, onun uşaq poeziyasının da görkəmli nümayəndəsi olduğunu qeyd etmişdir.

“Meh” Ədəbi Dərnəyinin üzvləri şairin şeirlərini səsləndirmiş, ardınca onun yaradıcılığına həsr olunmuş videorolik nümayiş etdirilmişdir.

Şair Qəşəm Nəcəfzadə sonda çıxış edərək əvvəlcə görüşün təşkilinə görə  fakültə rəhbərliyinə öz təşəkkürünü bildirmiş, onun şeirlərini səsləndirən tələbələrin suallarını cavablandırmış, müxtəlif poeziya nümunələri səsləndirmişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur