Error
ADPU-nun Filologiya fakültəsinin alimləri “Reklamların dili monitorinq aynasında” adlı tədbirdə iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə ADPU-nun Filologiya fakültəsindən Beynəlxalq əlaqələr üzrə prorektor, fil.e.d., prof. Mahirə Hüseynova və Müasir Azərbaycan dili kafedrasının müdiri fil.e.d., dos. Könül Səmədova iştirak etmişlər.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvü prof. Mahirə Hüseynova öz çıxışında ana dilinin saflığının qorunmasının və reklamlarda ədəbi dil normalarına riayət olunmasının vacibliyini qeyd etmişdir.
Həmçinin tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri akad. Möhsün Nağısoylu, mərkəzin direktoru prof. Sevinc Əliyeva, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru prof. Nadir Məmmədli və başqaları iştirak etmişlər.