ADPU-nun Filologiya fakültəsində Qərbi Azərbaycana həsr olunmuş mühazirələr təşkil olunmuşdur

07.05.2024-cü il tarixində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dos. Könül Həsənovanın təşkilatçılığı ilə Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyevin AZD2303B, AZD2304B, AZD2107B, AZD2108B qruplarında mühazirələri keçirilmişdir.

Mühazirələrin keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan həqiqətləri, tarixi Azərbaycan torpağı olan bu ərazilərin erməni quldurları tərəfindən ələ keçirilmə prosesi barədə tələbələri məlumatlandırmaqdır.

S.ü.f.d. Əfqan Vəliyev müxtəlif dövrlərdə aparılan tədqiqatlar, keçirilən sorğuların nəticələri barədə tələbələrə məlumat vermiş, Qərbi Azərbaycanda tarixən 26 türkdilli tayfa yaşadığını bildirmiş, həmin dövrdə onların zəngin mədəniyyət formalaşdırdığını, ərazinin əsas sakinlərinə çevrildiyini qeyd etmiş, oranın tarixi Azərbaycan torpağı olduğunu faktlarla sübut etmişdir.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur