ADPU-nun Filologiya fakültəsinin Xarici Dillər Mərkəzinin baş müəllimi Aytən İbrahimovanın 2-ci kurs İND2210B və İND2211B qruplarında İngilis dili bacarıqları fənnindən "Situational English" layihəsi çərçivəsində "Emergency Department of Philology Faculty (Filologiya fakültəsində təcili tibbi yardım)” konsepti üzrə açıq dərsi keçirilmişdir.

Dərsdə zəncirvari maşın qəzasında xəsarət alan yaralıların xəstəxanaya çatdırılması, müayinəsi və müalicəsi qrup üzvləri tərəfindən mərhələli şəkildə rollu oyunlar vasitəsilə təqdim olunmuşdur.

Açıq dərsdə Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova, Xarici Dillər Mərkəzinin müdiri dos. Ülviyyə Hacıyeva, müavin Günay Alıyeva və digər müəllimlər iştirak etmişlər.

Dərs müəllim və tələbələr tərəfindən maraqla qarşılanmış, sonda mərkəzin əməkdaşları dərs haqqında müsbət rəylərini bildirmişlər.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur