Error
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova ziyalılar ilə birgə Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat üzrə müşaviri Alptekin Cihangir İşbilir ilə görüşüb.
Görüş zamanı Azərbaycan-Türkiyə elmi-ədəbi və təhsil əlaqələrinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparılmış, prof. Mahirə Hüseynova müəllifi olduğu kitabları Cihangir İşbilirə təqdim etmişdir.
Cihangir İşbilir ölkəmizdəki diplomatik fəaliyyətindən söhbət açmış, Türkiyə-Azərbaycan münasibətlərinin sarsılmaz dostluq və qardaşlıq təməlləri üzərində qurulduğunu qeyd etmiş, bu əlaqələrin inkişafında elmin, təhsilin əhəmiyyətini vurğulamışdır.
Həmçinin görüşdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunmuşdur.