ADPU-nun Filologiya fakültəsində “Filoloqun oxu həftəsi” layihəsi çərçivəsində növbəti debat təşkil olunmuşdur

29.04.2024-cü il tarixində ADPU-nun Filologiya fakültəsinin dekanı dos. Könül Həsənovanın təşkilatçılığı ilə keçirilən “Filoloqun oxu həftəsi” layihəsi çərçivəsində AZD2202B qrup tələbələri ilə görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin komediyalarının müzakirəsi baş tutmuşdur.

Dos. Razim Məmmədov M.F.Axundzadənin altı komediyasında Azərbaycan xalqının XIX əsrdə yaşadığı sosial, ictimai, iqtisadi və siyasi taleyinin mənzərəsini tam mənada təmsil etdiyini bildirmişdir.

Debatda fəal iştirak edən tələbələr komissiyanın üzvləri tərəfindən təltif edilmiş, onlara müxtəlif kitablar hədiyyə edilmişdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur