Error
ADPU-nun Filologiya fakültəsinin Xarici Dillər Mərkəzinin əməkdaşının “Situational English” layihəsi çərçivəsində açıq dərsi keçirilmişdir.
29.04.2024-cü il tarixində Filologiya fakültəsi Xarici Dillər Mərkəzinin baş müəllimi Yasəmən Babayevanın 1-ci kurs İND2312R qrupunda İngilis dili bacarıqları fənnindən "Situational English" layihəsi çərçivəsində "Wedding" (toy) konsepti üzrə açıq dərsi təşkil olunmuşdur.
Dərsdə Amerika və Azərbaycan toylarının oxşar və fərqli xüsusiyyətləri müzakirə edilmiş, onların adət və ənənələrinə dair videolar izlənilmiş, qrup üzvləri tərəfindən milli toylarımızın hər bir mərhələsi ingilis dilində rollu oyunlar vasitəsilə təqdim olunmuşdur.
Açıq dərsdə Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova, Xarici Dillər Mərkəzinin müdiri dos. Ülviyyə Hacıyeva, müdir müavini baş müəllim Günay Alıyeva və digər müəllimlər iştirak etmişlər.
Dərs bütün iştirakçılar tərəfindən maraqla qarşılanmış, sonda fakültə dekanı dos. Könül Həsənova və digər müəllimlər tərəfindən müsbət qiymətləndirilmişdir.