Error
ADPU-nun Filologiya fakültəsinin Elmi Şurasının iclasında kafedra müdiri vəzifəsinə seçkilər keçirilmişdir.
Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova iclası giriş sözü ilə açaraq kafedra müdiri vəzifəsinə seçkilərin keçiriləcəyini elan etmiş, namizədləri şura üzvlərinə təqdim etmişdir.
Namizədlər çıxış edərək şura üzvlərinə özlərinin elmi, pedaqoji və ictimai fəaliyyətləri, seçiləcəkləri təqdirdə görəcəyi işlər barədə ətraflı məlumat vermişlər.
Səsvermə prosesi başa çatdıqdan sonra komissiyanın üzvləri tərəfindən nəticələr elan olunmuşdur.
Səsvermənin nəticələrinə əsasən müdir vəzifəsinə seçkilərdə Müasir Azərbaycan dili kafedrasından dos. Könül Səmədova, Azərbaycan dilçiliyi kafedrasından prof. Həcər Hüseynova, Azərbaycan dilinin tədrisi texnologiyası kafedrasından dos. Həmzə Əliyev, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasından dos. Şöhrət Məmmədova, Ədəbiyyat kafedrasından dos. Razim Məmmədov uğurlu nəticə əldə etmişlər.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova və digər şura üzvləri çıxış edərək seçkilərdə uğurlu nəticə əldə edənləri təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etmişlər.
Fəaliyyətləri sona çatan kafedra müdirləri dos. Nazilə Abdullazadə, dos. Sevda Abbasova və dos. İradə Kərimova fakültə rəhbərliyinə birgə işlədikləri zaman ərzində göstərilən etimada görə öz təşəkkürlərini bildirmiş, yeni həmkarlarına uğurlar arzulamışlar.
İclasda iştirak edən İnsan Resursları Şöbəsinin müdiri Qumral Qədimova seçkilərin şəffaf formada təşkil olunduğunu bildirmiş, nəticələri uğurlu hesab etmişdir.
Nəticələr ADPU-nun Elmi Şurasına təqdim olunmuş, müzakirədən sonra təsdiq edilmişdir.