ADPU-nun Filologiya fakültəsində “Filoloqun oxu həftəsi” layihəsi çərçivəsində növbəti debat təşkil olunmuşdur.

28 mart 2024-cü il tarixində ADPU-nun Filologiya fakültəsinin dekanı dos. Könül Həsənovanın təşkilatçılığı ilə keçirilən “Filoloqun oxu həftəsi” layihəsi çərçivəsində AZD2301B qrup tələbələri ilə görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının müzakirəsi baş tutmuşdur.

Diskussiya formasında keçirilən müzakirədə tələbələrin düşündürücü fikir və məntiqli cavabları müsabiqə komissiyasının üzvləri tərəfindən müsbət qiymətləndirilmiş, aktiv iştirak edən 5 tələbə təşəkkürnamə ilə təltif olunmuşdur.

ADPU-nun Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova müzakirəyə göstərdikləri marağa görə tələbələrə öz təşəkkürünü bildirmiş, fəal iştiraklarına görə onları təbrik etmişdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur