ADPU-nun Filologiya fakültəsinin professorları yubiley medalı ilə təltif olunmuşlar.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru fil.e.d., prof. Mahirə Hüseynova və ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri fil.e.d., prof. İbrahim Bayramov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuşdur.

11 aprel 2023-cü il tarixində təsis edilən bu medal Ümummilli Lider Heydər Əliyevin irsinin tədqiqində xüsusi xidmətlərinə görə professorlara təqdim olunmuşdur.

ADPU-nun Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova və fakültə kollektivi adından təltif olunan hər iki professoru təbrik edir, yeni nailiyyətlər arzu edirik!


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur