ADPU-da Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumlarının rəhbərliyi ilə görüş keçirilib.

Görüşdə ADPU-nun rektoru prof. Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova, Tədris işləri üzrə prorektor dos. Eldar Aslanov, Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Atatürk Mədəniyyət, Dil, və Tarix Yüksək Qurumunun rəhbəri prof. Yüksel Özğan, Türk Dil Qurumunun rəhbəri prof. Osman Mərd, Türkiyə Elmlər Akademiyasının rəhbəri prof. Müzəffər Şəkər, Türkiyənin Bakıdakı mədəniyyət atteşesi prof. Mühiddin Məcid və başqaları iştirak etmişlər.

Görüşdə əməkdaşlıq məsələləri müzakirə edildikdən sonra tərəflər ADPU-nun əsas tədris binası ilə tanışlıq zamanı Filologiya fakültəsi ilə də tanış olmuş, dərs prosesində iştirak etmişlər.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur