ADPU-nun Filologiya fakültəsində Xocalı soyqırımının 32-ci ildönümü anılmışdır.

 Xocalı faciəsi zamanı bütün ailə üzvləri gözü qarşısında qətlə yetirilən Xatirə Orucova və 2023-cü ildə baş vermiş antiterror əməliyyatlarında Xocalının Muxtarkənd, Daşkənd kəndlərini azad edib Xankəndi uğrunda gedən döyüşlərdə şəhid olmuş Qasım Məmmədhəsənovun atası Bilal Məmmədhəsənov fakültənin qonağı olmuşlar.

Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova tarixin qanlı faciəsi olan Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla anmış, bu faciənin canlı şahidi və Xankəndinin erməni işğalından azad edilməsində canını qurban vermiş şəhidin valideyninə səmimi duyğularını çatdırmışdır.

Filologiya fakültəsinin tələbələri ilə təşkil olunan görüşdə Xocalı faciəsinin iştirakçısı Xatirə Orucova erməni mənfurlarının dinc əhaliyə qiyam tutması, uşaqları diri-diri yandırmasını onların diqqətinə çatdırmışdır.

Şəhid Qasım Məmmədhəsənovun atası Bilal Məmmədhəsənovun oğlunun torpaqlarımızın azad olunması uğrunda göstərdiyi qəhrəmanlıq və şücaətindən bəhs etməsi tələbələrdə vətənpərvərlik duyğularının güclənməsinə təkan vermişdir.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur