Bu gün görkəmli dilçi-türkoloq, fil.e.d., professor, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının qurucusu, 2 çağırış Milli Məclisin millət vəkili seçilmiş, “91-lər”in ağsaqqallarından biri olmuş Həsən Mirzəyevin anım günüdür.
O, Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaratmış, 150 il müddətində türkologiyada mübahisə doğuran bir çox mövzuları (feli sifət, felin təsir kateqoriyası) tədqiq etmiş və mübahisələrə son qoymuşdur. «Dərələyəzin toponim və şivə sözləri», «Dərələyəz folkloru», «Qərbi Azərbaycanın Dərələyəz mahalı» kimi sanballı əsərlərin müəllifidir.
Başda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova olmaqla ailə üzvlərinə, elm aləminə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!