18 fevral 2024-cü il tarixində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynova Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimiz dövlətçilik simvolumuzdur” mövzusunda Forumda fəxri qonaq olaraq çıxış etmişdir.

 Ana dilimizin keçdiyi zəngin inkişaf tarixindən, müasir dövrün dil məsələlərindən bəhs edən prof. Mahirə Hüseynovanın “Ana dilim” şeirini öz ifasında səsləndirməsi iştirakçılar tərəfindən alqışla qarşılanmışdır.

Qeyd edək ki, Forumun spikerlərindən AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, Azərbaycan Respublikasının Əməkdar müəllimi Zülfiyyə Vəliyeva da tədbirdə məruzə ilə çıxış etmişlər.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur