ADPU-nun Filologiya fakültəsinin Həmkarlar İttifaqı Təşkilatına yeni heyət seçkiləri keçirilmişdir.

Fakültədə təşkil olunan görüşdə tədbiri giriş sözü ilə açan ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova 44 günlük müharibədə ölkəmizin zəfər qazanmasının cənab prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu bildirmişdir. O, prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daxili siyasətdə də öz əksini tapdığını bildirərək Həmkarlar İttifaqının parlaq fəaliyyətinin də məhz ölkə başçısının uğurlu fəaliyyətinin nəticəsi olduğunu bildirmiş, daha sonra Filologiya fakültəsinin Həmkarlar İttifaqı Təşkilatının yeni sədr və üzvlərinin seçilməsi ilə bağlı öz təkliflərini irəli sürmüşdür.

ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dos. Vaqif Əliyev çıxış edərək fakültənin infrastrukturunun inkişafına, son dövrlər fakültədə yaradılan şəffaf mühitə görə prof. Mahirə Hüseynova və dos. Könül Həsənovaya öz təşəkkürünü bildirmişdir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müavini Mirzə Cəfərzadə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının fəaliyyəti, Filologiya fakültəsi ilə əməkdaşlığı barədə məlumat vermişdir.

Daha sonra Filologiya fakültəsinin Həmkarlar İttifaqı Təşkilatının sədr və üzvlərinin seçkisi keçirilmişdir. Prof. Mahirə Hüseynova və fakültə əməkdaşlarının ümumi razılığı ilə f.ü.f.d., baş müəllim Sahilə İbrahimova Filologiya fakültəsi üzrə Həmkarlar İttifaqı Təşkilatının sədri seçilmişdir. Eyni zamanda, Filologiya fakültəsinin 7 nəfər əməkdaşı Filologiya fakültəsi Həmkarlar İttifaqı Təşkilatının üzvü seçilmişdir.

Sonda çıxış edən Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova yeni heyətə olan inamını dilə gətirərək gələcək fəaliyyətində onlara uğurlar arzulamışdır.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur