25 yanvar 2024-cü il tarixində  ADPU-nun Filologiya fakültəsində Özbəkistandan gələn yazıçı, tərcüməçi, dramaturq, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm ilə görüş keçirilmişdir.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dos. Könül Həsənovanın təşkilatçılığı ilə keçirilən tədbirdə prof. Mahirə Hüseynova Xasiyyət Rüstəmin tədqiqatçılıq fəaliyyəti, onun Əlişir Nəvai adına Dil və Ədəbiyyat Universitetində müstəqil tədqiqatçı olması, 2022-ci ildən Kolumbiyanın Dünya Poeziya Hərəkatının Özbəkistandakı koordinatoru olması, Özbəkistan Respublikası prezidenti tərəfindən “Şöhrət” medalı ilə təltif olunması barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Çıxış edən Xasiyyət Rüstəm dəvətə görə Beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dos. Könül Həsənovaya öz təşəkkürünü bildirərək Azərbaycan-Özbəkistan dövlətlərinin dostluq əlaqələrindən bəhs etmişdir. Qələmə aldığı əsərlərini Filologiya fakültəsinin əməkdaşlarına təqdim edən yazıçı, eyni zamanda, Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin genişləndirilməsi üçün hər iki xalqın yazıçı və şairlərinin birgə əməkdaşlığının önəmini vurğulamışdır.

Tədbir fakültə əməkdaşlarının qonaqa ünvanladığı suallar ilə davam etmişdir.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur