19 yanvar 2024-cü il tarixində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynova Şəhidlər Xiyabanını ziyarət edərək 20 Yanvar faciəsi zamanı şəhid olmuş soydaşlarımızın məzarları üzərinə gül dəstələri düzmüş, onların xatirəsini yad etmişdir.

Hər zaman şəhid ailələrinə dəstək olaraq onların yanında olduğunu hiss etdirən, şəhidlərimizin xatirəsini yüksək tutan prof. Mahirə Hüseynovaya fəaliyyətində uğurlar arzu edir, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur