16 yanvar 2024-cü il tarixdə ADPU-nun rektoru prof. Cəfər Cəfərov, Tədris işləri üzrə prorektor dos. Eldar Aslanov, Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova Filologiya fakültəsində keçirilən imtahan prosesi ilə tanış olmaq məqsədi ilə imtahan zallarını ziyarət ediblər.

Onlar auditoriyalarda imtahan prosesini izləyərkən tələbələrin imtahana hazırlığının yüksək səviyyədə olduğunun bir daha şahidi olmuşlar.

Qeyd edək ki, universitetdə imtahan prosesinin yazılı formasından fərqli olaraq, Filologiya fakültəsində imtahanlar şifahi formada keçirildiyindən tələbələrə imtahanın nəticələri dərhal elan edilir.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur