ADPU-nun Filologiya fakültəsinin əməkdaşları Türkiyə Cümhuriyyəti BZT Turan Academy tərəfindən fəxri doktor diplomu ilə təltif olunublar.

12.01.2024-cü il tarixdə ADPU-nun Filologiya fakültəsində təşkil olunan tədbirdə Beynəlxalq əlaqələr üzrə prorektor, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynova, Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Nəriman qızı Həsənova, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Əbdül qızı Abdullazadəyə Türkiyə Cümhuriyyəti BZT Turan Academy tərəfindən fəxri doktor diplomları təqdim olunmuşdur.

Tədbiri giriş sözü ilə açan prof. Mahirə Hüseynova qurumun təhsil sahəsində gördüyü işlərdən, gələcəkdə birgə konfransların təşkili məsələsindən söhbət açmışdır. O, eyni zamanda, qardaş Azərbaycan və Türkiyə dövlətlərinin elm adamlarının bir-biri ilə sıx əlaqədə olmasını təmin etmək üçün Filologiya fakültəsi ilə Türkiyə Cümhuriyyəti BZT Turan Academy arasında birgə əməkdaşlığın daha da genişlənəcəyini bildirmişdir.

Daha sonra Türkiyədən gələn nümayəndə heyətinin üzvləri prof. Mahirə Hüseynovanın fikirlərini dəstəkləmiş, azərbaycanlı təhsil işçilərinin, elm adamlarının dünyaya inteqrasiyasını təmin etməklə bağlı birgə əməkdaşlıq addımlarının atılacağını bildirmişlər.

Görüşün sonunda xatirə şəkli çəkilmişdir.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur