ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynova ADİU-da keçirilən Uluslararası Türk Dünyasında Sosyal, Beşeri, İdari ve Eğitim Bilimleri Konfransının açılış mərasimində məruzə ilə çıxış etmişdir.

Konfransın sədri ADİU-nun Türk Dünyası İqtisad fakültəsinin dekanı prof. Mehmet Yücenin açılış nitqi ilə başlayan konfransda daha sonra konfransın fəxri qonaqı və Təşkilat Komitəsi rəhbəri olan prof. Mahirə Hüseynovaya söz verilmişdir.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova öz çıxışında ortaq türk əlifbası, ortaq türk dili məsələlərindən söz açmış, eyni kökdən gələn türk xalqlarının qardaşlığının müasir dövrdə də davam etdirilməsinin əhəmiyyətindən bəhs etmişdir.

Qeyd edək ki, prof. Mahirə Hüseynova Türk Dünyası Araşdırmaları Vəqfi və BZT Turan Akademiyasının medalı ilə təltif edilmişdir.

Konfransın açılış mərasimi digər çıxışlarla davam etmişdir.

Eyni zamanda, açılış mərasimində ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Nəriman qızı Həsənova da iştirak etmişdir.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur