Error
8 yanvar 2024-cü il tarixdə ADPU-da Almaniya Azərbaycanlıları Alyansı idarə heyətinin üzvü, Baku-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin idarə heyətinin sədri, Avropada tanınmış mühəndis-alim Yaşar Musayevlə görüş keçirilmişdir.
Görüşdə ADPU-nun rektoru prof. Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova, Tədris işləri üzrə prorektor dos. Eldar Aslanov, Filologiya fakültəsinin dekanı dosent əvəzi Könül Həsənova, Filologiya fakültəsinin kollektivi iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rektor Cəfər Cəfərov Yaşar Musayevin tərcümeyi halı, elmi fəaliyyəti barədə məlumat verdikdən sonra prorektor Eldar Aslanov Yaşar Musayevin diaspor fəaliyyəti barədə məlumat vermiş, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması məsələsindən söhbət açmışdır.
Daha sonra çıxış edən Yaşar Musayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi səbəbindən yaşıl enerji texnologiyası sahəsi, yeni tədris metodikalarının işlənib hazırlanması, strateji yol xəritəsinə uyğun olaraq yeni ixtisasların hazırlanması barədə çıxış etmişdir.
Tədbir professor-müəllim heyətinin Yaşar Musayeva ünvanladığı suallarla davam etmişdir. Sonda xatirə şəkli çəkilmişdir.