10-11 noyabr 2023-cü il tarixdə Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin və ASKEF-in təşkilatçılığı ilə "Azərbaycan günü" keçirildi. Bayram tədbirində ŞKTC-nin Baş Naziri Unal Üstel və hökumət üzvləri, ASKEF Başkanı Savaş Unal, AKDC-nin sədri Orxan Həsənoğlu, ASKEF-in Azərbaycan və Orta Asya üzrə təmsilçisi Sona İsmayılova,AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov çıxış etdilər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini dosent Pəri Paşayeva, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müdiri dosent Sevda Abbasova da tədbir iştirakçıları arasında idilər. Möhtəşəm bayram tədbirində Türkiyə, Azərbaycan, İran, Avstriya, İraq-Kərkük, Özbəkistan, Qırğızıstan, Qazaxıstan Bolqarıstandan gələn qonaqlar, ŞKTC-də yaşayan azərbaycanlılar, türklər, Kıbrıs Mücahidləri iştirak etdilər.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, tanınmış nəğməkar şair Mahirə Nağıqızının nəğmə dolu diskləri və "Salam olsun", "Lövbər adam" adlı kitabları, dosent Pəri Paşayevanın da "İbtidai siniflərdə fonetika tədrisinin elmi metodik əsasları" dərsliyi Kuzey Kıbrıs Türk Cumhuriyətinin Azərbaycan günündə ASKEF-in başçısı Savaş Ünala dosent Pəri Paşayeva və dosent Sevda Abbasova tərəfindən təqdim edildi.
Bayram şənliyinə ASKEF-in üzvləri müğənni Samir Abdullayev, şair-ozan Zübeyir Daras, Naxçıvandan gələn müğənnilər maraqlı proqramla iştirak etdilər.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur