Error
27 oktyabr 2023-cü il tarixdə ADPU-nun böyük akt zalında Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşkənd və Paşalı İcmalarının təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qərbi Azərbaycana doğru Vətən bizi səsləyir” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, prorektorlar, fakültə dekanları, universitetin professor-müəllim heyəti, elm və təhsil sahəsi üzrə bir çox rəsmi qonaqlar, nüfuzlu alimlər iştirak etdilər.
Tədbirdən əvvəl rektor professor Cəfər Cəfərov, Beynəlxalq Əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova və qonaqlar Filologiya fakültəsinin tədris prosesində və “8 noyabr – Zəfər günü”nə həsr olunmuş güşənin açılışında iştirak etdilər. Rektor professor Cəfər Cəfərov ADPU-nun nəzdində fəaliyyət göstərən Heydər Əliyev muzeyi ilə tədbir iştirakçılarını və qonaqları tanış etdi.
Tədbirdə açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov tədbir iştirakçılarını salamladı, bu əhəmiyyətli tədbirin Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilməsindən qürurlandığını bildirdi.
Daha sonra Qərbi Azərbaycan icmasının sədri dosent Əziz Ələkbərli çıxışı zamanı universitet və fakültə rəhbərliyinə, tədbir təşkilatçılarına Qərbi Azərbaycan İcması adından təşəkkür etdi. Azərbaycan torpaqlarının bir çox qaranlıq səhifələrinin Qərbi Azərbaycan coğrafiyası ilə bağlı olduğunu, Dərələyəz mahalından bəhs edərkən dəyərli mərhum professor Həsən Mirzəyevi xatırladığını da dilə gətirdi.
ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma rəhbəri, professor Mahirə Hüseynova çıxışında qeyd etdi ki, Dərələyəz deyərkən ulu torpaqlarımız yada düşür, hazırda tələbələrimiz, magistrantlarımız Dərələyəz mahalına həsr olunmuş kitablar əsasında kurs işi, magistr dissertasiyaları yazırlar. 24 dekabr 2022-ci ildə cənab Prezidentin bir qrup ziyalılarla görüşündə iştirak etdim və Prezidentin inamlı çıxışı sayəsində bir daha anladıq ki, mütləq Qərbi Azərbaycan torpaqlarına qayıdacağıq.
Tədbirdə Milli Məclisin deputatları Fəzail Ağamalı, Musa Quliyev, Məlahət İbrahimqızı, Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcmasının üzvləri Müşfiq Mirzəyev, Faiq Xudiyev, Səməd Vəkilov, Bakı Dövlət Universitetinin professoru Abel Məhərrəmov, professor Firuzə Abbasova məruzə ilə çıxış etdilər.
Tədbir Aşıq Ədalət Dəlidağlının və fakültənin “Meh” ədəbi dərnəyinin üzvlərinin təqdimatında bədii proqramla davam etdi.
Sonda professor Mahirə Hüseynovanın “Dərələyəz” şeiri fonunda Dərələyəz mahalının əsrarəngiz təbiətini əks etdirən videoçarx nümayiş etdirildi.