
2022-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şuşa İli” elan olunmuşdur. Sərəncamdan irəli gələn vəzifələrin həlli istiqamətində ADPU Filologiya fakültəsinin əməkdaşları - Elmi işlər üzrə dekan müavini Könül Həsənova və Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri Nazilə Abdullazadənin “Şuşa - zəfərin təntənəsi” adlı kitabı ictimaiyyətə təqdim edilmişdir. Şuşa həqiqətlərinin, Şuşanın tarixinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının açılmamış səhifələri müəlliflər tərəfindən qələmə alınmış, Şuşanın erməni işğalından azad edilməsi müstəqil Azərbaycanın təntənəsi kimi vurğulanmışdır.
Qarabağın incisi Şuşa həqiqətlərinin dünyaya tanıdılmasında “Şuşa - zəfərin təntənəsi” kitabının sorağı bu gün dünyanın müxtəlif ölkələrindən gəlir. Bu günlərdə “Şuşa - zəfərin təntənəsi” kitabı daha bir xarici ölkədə - İtaliyada Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Aslanov tərəfindən böyük məmnunluqla qəbul edilmişdir.