19 oktyabr 2023-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı keçirilmişdir. Qurultay Ulu Öndərin hakimiyyəti illərində inşa etdiyi, bir çox möhtəşəm tədbirlərin şahidi "Gülüstan" sarayında işinə başladı. Azərbaycan qadınlarının elm, təhsil, səhiyyə, iqtisadiyyat, mədəniyyət və incəsənət sahəsində imzasını atan 600 qadın nümayəndə qurultayda iştirak etmişdir. ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Qadınların VI Qurultayının nümayəndəsi kimi iştirak etmişdir. Prof. Mahirə Hüseynova Ulu Öndər Heydər Əliyevin dövlət qadın siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, qadınların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıldığı barədə fikirlərini qurultay iştirakçıları ilə bölüşmüşdür.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur