15 oktyabr Azərbaycan xalqının tarixinə daha bir əlamətdar gün kimi yazıldı. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi ilə bayrağımız Xankəndidə, Xocavənddə, Ağdərədə dağlalandı. Azərbaycan tarixində misilsiz şücaətlər göstərmiş, hərb meydanlarında parlaq qələbələrə imza atmış qəhrəmanlarımız - sərkərdələrimiz, əsgər və zabitlərimiz bizə bu sevinci də yaşatdılar. Azərbaycan bayrağı uzun illər erməni işğalında olan torpaqlarımızda fateh İlham Əliyev tərəfindən dalğalandırıldı. Cənab Ali Baş Komandan illərdir xalqımıza ağrı, acı, həsrət və çətinliklər gətirən intizara son qoydu. Torpaq həsrəti bitdi! Möhtəşəm günün sevincini ADPU Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri də “Qarabağ Azərbaycandır!” nidası ilə qarşıladı.
Zəfərimiz uğurlu olsun! Gözün aydın, Azərbaycan!


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur