Image

Bu gün Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru, filologiya elmləri doktoru, Əməkdar müəllim Yaqub Babayevin doğum günüdür.
Prof. Yaqub Babayev tələbələri və həmkarları tərəfindən çox sevilən müəllim, ədəbiyyatşünaslığın inkişafında mühüm xidmətləri olan alimdir. O, uzun illər ərzində İslam Şərqində və Azərbaycan ədəbiyyatında təriqət ideyalarının elmi cəhətdən öyrənilməsi istiqamətində faydalı işlər görmüş, bu ideyalarla geniş oxucu kütləsini, elmi ictimaiyyəti və tələbələri tanış etmək mənasında uğurlu təşəbbüslər göstərmişdir.
Prof. Yaqub Babayev bir dərsliyin, iki dərs vəsaitinin, dörd fənn proqramının, iki monoqrafiyanın müəllifidir. Türkiyə, Qazaxıstan, Türkmənistan, Rusiya, Ukrayna, İran kimi ölkələrdə, həmçinin respublikamızda klassik ədəbiyyatımızın müxtəlif problemlərinə həsr olunmuş 150-dən çox elmi və elmi-publisistik məqaləsi dərc olunmuşdur. Onun “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)” adlı dərsliyindən ali məktəb tələbələri, doktorantlar, dissertantlar, elmi ictimaiyyət tərəfindən sevərək istifadə olunur.
Yaqub müəllimi doğum günü münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!

Hörmətlə, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, professor Mahirə Hüseynova


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur