Bu gün ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən prof. Mahirə Hüseynova universitetin böyük akt zalında fakültəmizin 1-ci kurs tələbələri ilə görüş keçirdi.
Tədbiri giriş sözü ilə açan prof.Mahirə Hüseynova tələbələri və onların valideynlərini salamlayıb onları ürəkdən təbrik edərək, fakültəmizin 1-ci kurs tələbələrinə yeni dərs ilində uğurlar arzuladı. Prof. Mahirə Hüseynova çıxışında ADPU-nun nüfuzundan, beynəlxalq əlaqələrindən, Filologiya fakültəsinin professor-müəllim heyətindən, dərslərin təşkilindən, hər bir tələbənin bilik və bacarıqlarının artırılması üçün universitetimizdə bütün imkanların olduğundan söz açdı. Qeyd olunub ki, ölkəmizdə təhsilə, elmə diqqət və qayğı hər il artmaqdadır. Azərbaycan Dövlət Pedaqoji Universiteti də təhsilə, elmə diqqət və qayğısını, tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsini, müasir auditoriyaların, oxu zallarının, kitabxanaların qurulmasını həyata keçirir.
Həmçinin prof. Mahirə Hüseynova universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar Təşkilatının və Meh ədəbi dərnəyinin tələbələrin dərsdən kənar fəaliyyətinin daha faydalı, daha səmərəli olması üçün mühum olduğunu, bu fəaliyyət sahələrinin həm tələbələrin dünyagörüşünün artırılmasında, həm də universitetin ictimai həyatında aktiv olmasında zəruri rol oynadığını vurğuladı.
Prof. Mahirə Hüseynova tələbələrə dərslərə ciddi yanaşmaları barədə tövsiyələrin verərək, təhsildə fərqlənən tələbələrin gələcək inkişaf perspektivləri barədə danışdı. O bütün tələbələri bundan sonra da universitet və universitetdən kənarda birinci olmağa çağırıb.
Görüşdə həmçinin Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini f.ü.f.d Könül Həsənova, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini p.ü.f.d,dos. Pəri Paşayeva, tədris işləri üzrə dekan müavini
f.ü.f.d Zemfira Abbasova tələbələri və onların valideynlərini təbrik edərək, universitetin inkişaf mərhələləri, tədris prosesinin təşkilinin xüsusiyyətləri, tələbələrin dərslərdə fəal iştirakının zəruriliyi, tələbənin əsas vəzifəsinin bilik qazanmaq olduğunu və bunun üçün universitetimizdə bütün imkanların yaradıldığını, ölkəmizin bu gün yüksək hazırlıqlı və geniş dünyagörüşünə malik mütəxəssislərə ehtiyacı olduğunu, buna görə də tələbələrin daha çox çalışmalı olduqlarını onların nəzərinə çatdırdı.
Sonda tələbələr universitetimizin kitabxanası və fakültəmizin auditoriyaları ilə tanış oldular. Prof. Mahirə Hüseynova tələbələrlə auditoriyalarda da görüş keçirdi. Tələbələrin suallarını cavablandıran prof.Mahirə Hüseynova onlara öz qızıl tövsiyyələrini verərək, yeni tədris mühiti və gələcək karyera imkanları ilə bağlı fikirlərini bölüşdü.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur