Error
11 sentyabr 2023-cü il tarixdə ADPU-nun Beynəlxalq Əlaqələr üzrə Prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynova Müasir Azərbaycan dili kafedrasında professor-müəllim heyəti ilə görüş keçirdi. Görüşdə elmi işlər üzrə dekan müavini f.ü.f.d. Könül Həsənova, dekan müavini dos. Pəri Paşayeva da iştirak etdilər. Professor Mahirə Hüseynova kafedra əməkdaşlarına yeni tədris ilində uğurlar arzulayaraq öz məsləhətlərini verdi. İclasda çıxış edən Müasir Azərbaycan dili kafedrasının professoru İbrahim Bayramov yeni ixtisasların alınması münasibətilə professor Mahirə Hüseynovaya öz təşəkkürünü bildirərək gündəlikdə duran məsələlər barədə müzakirələr apardı.