22 may 2023-cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Nağı qızı Hüseynova iclası açıq elan edərək, Heydər Əliyevin 100 illiyi ilə əlaqədar fakültədə görülən işlərdən, Özbəkistan və Türkmənistanla bağlanan memorandumlardan, Heydər Əliyevin 100 illiyinə həsr edilmiş inşa olimpiadasından, tələbələr arasında aparılan ideoloji işin səviyyəsindən və yaz imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq qarşıda duran vəzifələrdən danışdı.  

Daha sonra çıxış edən sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini dosent Pəri Paşayeva fakültəmizdə (16 fevral-25 may) təşkil olunmuş pedaqoji təcrübənin yekunları haqqında məlumat verdi. Qeyd etdi ki, təcrübəyə cəlb olunan tələbələrin 173-ü Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, 29-u ingilis dili müəllimliyi, 23-ü isə fransız dili müəllimliyi ixtisası üzrə təcrübi məşğələdə iştirak etmişlər. Təcrübə üçün 18 məktəb (12 məktəb Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, 3 məktəb ingilis dili müəllimliyi, 3 məktəb fransız dili müəllimliyi üçün) təyin olunmuşdur. Pəri xanım onu da qeyd etdi ki, fakültəmizdə 4 tələbə yüksək nəticə göstərdiyi üçün Azerbaijan British College ABS məktəbində təcrübədə olub. Fakültədən Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə 32 metodist, ingilis dili müəllimliyi ixtisası üzrə 9 metodist və fransız dili müəllimliyi ixtisası üzrə 5 metodist pedaqoji təcrübədəki işlərini uğurla başa vurmuşlar.

Növbəti çıxış edən Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini filologiya üzrə fəlsəfə doktoru Zemfira Abbasova hər kəsi salamlayaraq 2022-2023-cü tədris ilinin yaz imtahan sessiyasının hazırlığı haqqında məlumat verdi. O bildirdi ki, imtahan sessiyası iyun aının 1-də başlayıb iyun ayının 30-na kimi davam edəcəkdir. İmtahanlar şifahi, yazlılı və hibrid üsulla təşkil olunmuşdur. İmtahan cədvəli, imtahanların günləri və auditoriyalar müəyyənləşdirilmişdir. Fakültə üzrə imtahanların keçirilməsi 2 növbəli təşkil olunmuşdur.

          İclasda 11 may 2023-cü il tarixdə keçirilmiş Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransında yer tutmuş tələbələrə Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Nağı qızı Hüseynova və fakültənin professor-müəllim heyəti tərəfindən sertifikat və diplomlar təqdim olunmuşdur.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur