Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının 30 dekabr 2021-ci il tarixli iclasında qəbul edilmiş “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2022-ci il üçün prioritet istiqamətlər üzrə Fəaliyyət Planı”nın 2.1. bəndinə əsasən “akademik heyət və tələbələrin intensiv ingilis dili kurslarına cəlb edilməsi və ingilis dilinin mənimsənilməsi üçün uyğun mühitin yaradılması” fəaliyyəti üzrə tədbirlər davam etdirilir.
2021-2022-ci tədris ilində 3 mərhələli imtahanlardan sonra ADPU-nun 19 nəfərdən ibarət müəllim və tələbə heyəti İELTS imtahanı vermiş və uğurlu nəticə əldə etmişdir.
2022-2023 –cü tədris ilində daha 24 nəfərin İELTS imntahanı verməsi nəzərdə tutulmuşdur.
Bunun üçün Beynəlxalq Əlaqələr üzrə prorektor professor Mahirə Hüseynovanın tapşırığı ilə təşkil olunmuş, Filologiya fakültəsinin Elmi işlər üzrə dekan müavini f.ü.f.d. Könül Həsənova, Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva və əməkdaşları f.ü.f.d. Mirvari Qasımova, baş müəllim Günay Alıyeva, baş müəllim Yasəmən Babayeva və müəllim Bənövşə Əsgərovadan ibarət 6 nəfərlik komissiya 18-19 may tarixlərində İELTS sertifikatı almaq istəyən namizədlər üçün imtahan prosesini təşkil etmişlər. Ümumilikdə ADPU-dan 8 fakültə, 2 şöbə və filiallar da daxil olmaqla 239 namizəd imtahan vermək üçün müraciət etmiş, onlardan 170 nəfəri ilkin mərhələdə iştirak etmişlər.
İmtahan vermiş namizədlərə uğurlar arzulayırıq.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur