Tariximizi vərəqlədikcə görürük ki, Azərbaycan qadınları xalqın tərəqqisində həmişə fəal rol oynayıblar.Onlar gözəllikləri, nəcib əməlləri, ağıl və zəkaları ilə təkcə nümunəvi ailə kültürü yaratmayıblar, igid oğullar, qızlar tərbiyələndirməklə yanaşı, milli mənəviyyatın, sosial əxlaqın formalaşmasına və sağlam, uzaqgörən idarəçilik işinə də öz töhfələrini vermişlər. Öz fədakar əməyi, fəal ictimai mövqeyi, filologiyamızda xüsusi yeri olan belə qadınlardan biri də filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, şair Mahirə Nağıqızıdır.



Bu gün Nərimanov rayonu, Rafiq Nəsirəddinov adına 39 nömrəli tam orta məktəbdə prof. Mahirə Nağı qızı Hüseynova ilə görüş keçirildi. Görüşdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müavini prof.Hüseyn Əsgərov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin müdiri Nəcəf Novruzov, şəhid Azad Hümbətovun atası Arif Hümbətov, Filologoya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri dos.Könül Səmədova, Azərbaycan dilçiliyi kafedrasının müdiri dos. İradə Kərimova,Ədəbiyyat və onun tədrisi texnologiyaları kafedrasının müdiri dos.Nazilə Abdullayeva,Xarici Dillər Mərkəzinin müdiri dos.Ülviyyə Hacıyeva, Türkaloji Mərkəzin Türk dilləri şöbəsinin müdiri prof.Mirvari İsmayılova və fakültəmizin müəllim heyətinin üzvləri iştirak etdi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra çıxış üçün söz məktəbin direktoru Tahirə Şükürovaya verildi. O öz çıxışında gələn qonaqları salamlayaraq Mahirə Nağıqızının “Onun daş nağılı” kitabındakı şeirlərini təhlil etdi. Şairin şeirlərində bəhs olunmuş yurd yeri həsrəti, torpaq yanğısı haqqında danışaraq 30 illik Qarabağ həsrətinə son qoyduğumuz kimi, gün gələcək “Əziz Zəngəzur, biz qayıtdıq” deyib, növbəti Zəfərin sevincini yaşayacağıq...
Hər bir işin vaxtını və yerini bilən əziz Prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi biz tezliklə Qərbi Azərbaycana dönəcəyik. O gün heç də uzaqda deyil.
Məktəbin VIII-IX sinif şagirdlərinin ifasında “Biz o yurda qayıdacağıq” adlı bədii kompozisiya təqdim edildi. şairin “Salam olsun” şeiri ilə başlayan kompozisiyada onun müxtəlif əsərlərinin təhlili aparıldı, əsərlərindən parçalar səsləndirildi. “ Al bayrağım” , “Son döyüşə hazır ol”, “İlaxır çərşənbə” şeirləri səsləndirildi. Bundan başqa Vətənə, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizə həsr olunmuş əsərlərinin motivləri əsasında hazırlanmış “Vətən” və “Şəhidlər” kompozisiyaları təqdim olundu.Daha sonra türkoloq,dilçi alim, Şöhrət ordenli,Əməkdar elm xadimi,professor Həsən Mirzəyevdən danışaraq onun xatirəsi yad edildi. Qeyd edildi ki, o, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi daim fərqlənmiş, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmiş, Ulu öndər Heydər Əliyev siyasi məktəbinin davamçısı və təbliğatçısı olaraq Ümummilli liderimizin silahdaşı kimi öz ömrünü müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsinə, haqqın-ədalətin bərqərar olunmasına sərf etmişdir.
Tədbirin sonunda professor Mahirə Hüseynova elmi, pedoqoji və bədii yaradıcılığına göstərilən yüksək diqqətə görə məktəb rəhbərliyinə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. Mahirə xanım dekabrın 24-ü Cənab Prezidentimiz İlham Əliyevin Qərbi Azərbaycan torpalqlarından olan bir qrup ziyalılarla görüşü haqqında danışdı:“Əminəm ki, gün gələcək Qərbi Azərbayacandan olan soydaşlarımız onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbayacana qayıdacaqlar. Mən əmin edirəm ki, bir gün gələcək və Qərbi Azərbaycanlılar böyük coşqu və həvəslə doğma torpaqlarına qayıdıb, orada yaşayacaqlar. Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, bizim tariximiz təsdiqləyir”.
Tədbirdə iştirak edən BŞTİ-nin müavini prof. Hüseyn Əsgərov çıxış edərək dedi ki, əminəm ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası reallığa çevriləcək, Qarabağdakı tarixi zəfərdən sonra əsas hədəf Qərbi Azərbaycana qayıdış olacaq, günlərin bir günündə köç karvanları qəribsəmiş yurd yerlərinə dönəcəkdir.
Tədbir şairin sözlərinə bəstələnmiş “Vətən” mahnısı ilə yekunlaşdı.

© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur