Xarici Dillər Mərkəzində “Heydər Əliyev-100”adlı elmi seminar keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Sərəncamdan irəli gələn məsələlərdən biri də universitetimizdə silsilə elmi seminarların keçirilməsidir.

Filologiya fakültəsi də bu işdə səmərəliliyi artırmaq  üçün elmi seminarlar təşkil edir. 

Bunlardan biri də 10 mart 2023-cü il tarixində Filologiya fakültəsinin Xarici Dillər Mərkəzində təşkil edilmiş elmi seminardı.

Seminarı giriş sözü ilə Mərkəzin müdiri dosent Ü.Hacıyeva açaraq bildirdi ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin əsası məhz Ümummilli lider Heydər Əliyev tərəfindən  yaradılmışdır. 

Seminarda Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, f.ü.f.d. Könül Həsənova, Ədəbiyyat kafedrasının müdiri dos. Razim Məmmədov, Müasir Azərbaycan dili kafedrasının müdiri dos. Könül Səmədova, Azərbaycan dilçiliyi kafedrasının müdiri dos. İradə Kərimova, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Sevda Abbasova, o cümlədən ADPU-nun nəzdində ADPK-in Xarici dillər fənn birləşmə komissiyasının sədri İlhamə Əsgərova,  ingilis dili müəllimi İlahə Əmiraslanova, rus dili müəllimi Naimə Həmidova,  ADPK-in Ana dili və ədəbiyyatı fənn birləşmə komissiyasının sədri Vəfa Yunisova, müəl., Aytən Həsənova və  Xarici Dillər Mərkəzinin magistrantları  fəal iştirak etdilər. 

Elmi seminarda Xarici Dillər Mərkəzinin 3 əməkdaşı dos. Səidə Bəhlul qızı Dadaşova “Le rôle de Heydar Aliyev dans le développement global de l'Azerbaïdjan, dos. Larisa Kolesnikova “Жизн  Гейдара Алиева-яркий пример непобедимости человеческой воли” və baş müəllim Nüşabə İsmayılova isə “Heydar Aliyev- hero and national legend” adlı mözvularla çıxışlar etdilər.

Sonda Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, f.ü.f.d. Könül Həsənova çıxış edərək, özünün də Xarici Dillər Mərkəzinin bir əməkdaşı olaraq, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bu kimi silsilə tədbirlərin davamlı olacağını qeyd edərək, qonaqlara və seminar iştirakçılarına təşəkkürünü bildirdi, işlərində uğurlar arzuladı.

 


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur