Bu günlərdə Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Fəxrəddin Yusifovun “Ədəbiyyatın tədrisi metodikası” dərsliyi nəşr olunmuşdur. Dərsliyin elmi redaktoru Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Nazilə Abdullazadə, rəyçiləri dosent Səməngül Rzayeva və pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Adil Balıyevdir.
Dərslik “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu” (2009), “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni üzrə təhsil proqramı (kurikulum) (V-XI siniflər) və “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” (2010), “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu (2019), “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” (2020) rəsmi sənədlərinin və bakalavriat təhsil səviyyəsinin 050101 – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının qüvvədə olan tədris planının tələbləri əsasında hazırlanmışdır. Burada ədəbiyyatın tədrisi metodikası fənninin məzmunu və bölmələri, gələcəkdə orta məktəbdə fəaliyyət göstərəcək ədəbiyyat müəllimi hazırlığı üçün vacib olan metodik bilik və bacarıqlar, ədəbiyyat tədrisinin məzmunu, təlim strategiyaları, şagird nailiyyətlərinin qiymətləndirilməsi kimi məsələlər əhatə olunur.
Hazırkı dərslik ixtisas fakültəsinin tələbələri, magistrlər, tədqiqatçılar, MİQ üzrə hazırlaşanlar və orta ümumtəhsil məktəblərinin ədəbiyyat müəllimləri üçün nəzərdə tutulmuşdur.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur