Bu gün 9 mart 2023-cü il tarixində ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynova, Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, f.ü.f.d. Könül Nəriman qızı Həsənova, Müasir Azərbaycan dili kafedrasının müdiri Könül Səmədova, Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini Zemfira Abbasova, tyutorlar Filologiya fakültəsində tədris prosesinə, tələbələrin dərs başlayarkən vaxtında auditoriyada olmasına, müəllimlərin jurnalda davamiyyətlə bağlı qeydlərinə nəzarət etmək üçün auditoriyalara baxış keçirdilər. Fənn müəllimləri də fakültə rəhbərliyinin bu addımını yüksək qiymətləndirərək professor Mahirə Nağı qızı Hüseynovaya və elmi işlər üzrə dekan müavini Könül Həsənovaya öz minnətdarlığını bildirdilər.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur