1 mart 2023-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında “2019-2022-ci illər ərzində elmi müəssisə və təşkilatlarının, ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərmiş dissertasiya şuralarının fəaliyyətinin nəticələrinə dair yığıncağ” təşkil olunmuşdur. İclasda Rəyasət Heyətinin akademikləri, rektorlar, Ekspert Şuralarının sədrləri, o cümlədən ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mahirə Nağı qızı Hüseynova da iştirak etmişdir. İclası Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, professor İsa Həbibbəyli açdı. Daha sonra Azərbaycan Respublikası Ali Attestasiya komissiyasının sədri, professor Famil Mustafayev hesabat nitqi söylədi. Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayev çıxış edərək iclasın gedişatına uğurlar dilədi.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur