Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov Filologiya fakültəsinin müəllimlərinə filologiya üzrə fəlsəfə doktoru diplomlarını təqdim edib. Qeyd edək ki, 24 fevral 2023-cü il tarixində keçirilən ADPU-nun Elmi Şurasının iclasında rektor Cəfər Cəfərov Müasir Azərbaycan dili kafedrasının baş müəllimi Könül İsrafil qızı Həsənovaya və Xarici dillər mərkəzinin əməkdaşları Sevda Xəlilova və Gülnarə Məmmədzadəyə fəlsəfə doktorluğu diplomlarını təqdim edərək onlara gələcək fəaliyyətində uğurlar arzuladı. Biz də hər bir müəllimi təbrik edirik və bir daha Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, professor Mahirə Nağı qızı Hüseynovaya doktorantlara gösterdiyi qayğı və diqqətinə görə təşəkkür edirik.

 


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur