ADPU-nun Filologiya fakültəsinin 3-cü tədris ili tələbəsi Azərbaycanın "Brend tələbə"si seçilib

 

Az.edu Təhsil portalı tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”nin siyahısını tərtib edib. Belə ki, beynəlxalq tələbə proqramlarında iştirak, liderlik keyfiyyətləri və bunun praktiki tətbiqi, milli məsələlər, dövlətçilik mövqeyinin prinsipial şəkildə qorunması, universitetin nüfuzunu yüksəldən ideyalarla çıxış etməsi və bunu gerçəkləşdirməsi, xarici dil bilgisi, nəzəriyyə ilə yanaşı, praktik səviyyədə inkişaf və ixtisası üzrə istehsalat göstəriciləri, xarici universitetlərlə (tələbə və professor -müəllim heyəti ilə) əməkdaşlıq, universitetin ictimai həyatında aktivlik və kommunikabellilik, xüsusi analitik qabiliyyəti və natiqlik keyfiyyətləri, sosial şəbəkələrdə məqsədli və faydalı aktivlik dərəcəsi keyfiyyətləri olan şəxslər brend tələbə adına layiq görülüblər.

“Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib. Təsdiqlənən siyahı sonda redaksiyaya göndərilib. Şərtlərə əsasən, universitetlər tərəfindən təklif olunan 10 tələbə professor-müəllim heyətinin, tələbə kəsiminin xüsusi simpatiyasını qazanmalı və meyarlara cavab verməlidir. Azərbaycanın 22 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.

Bu nominasiyada ADPU-nun Filologiya fakültəsinin 3-cü tədris ili tələbəsi Raman Hadi oğlu İsmayılov da "Brend tələbə" siyahısında yer alıb.

Bu münasibətlə "Brend tələbə"miz Ramal İsmayılovu təbrik edir, ona gələcək həyatında yeni-yeni uğurlar qazanmasını arzu edirik.


© 2023Filologiya.az. Bütün Hüquqlar qorunur