27 sentyabr ADPU Filologiya fakültəsində 44 günlük Vətən müharibəsinin 3-cü ildönümü - şəhidlərin xatirəsi fakültə rəhbərliyi və tələbələr tərəfindən anılmışdır. Beynəlxalq Əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova auditoriyalarda tələbələrlə görüşmüş, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının xatirəsini yad etmişdir. Vətən, millət, dil, şəhidlik mövzusunda kövrək sətirlərin müəllifi şairə - prof. Mahirə Hüseynova tələbələrin öz ehtiramlarını, borclarını təhsilləri, bədii yaradıcılıqları ilə bildirmələrini tövsiyə etmiş, dəyərli məsləhətlər vermişdir. Tələbələrin anım gününə həsr etdikləri şeirləri dinləyən fakültə rəhbəri onlardan şeir sənətinin incəlikləri barədə fikirlərini də əsirgəməmişdir.