Error
2023-2024-cü tədris ili sentyabr ayının başa çatmasına sayılı günlər qalır. ADPU Beynəlxalq Əlaqələr üzrə prorektorluq və Filologiya fakültəsi hər gün olduğu kimi, bu sabah da "Tələbə davamiyyəti, müəllim məsuliyyəti - tədrisin keyfiyyəti" tapşırığı ilə işinə başladı. Prof. Mahirə Hüseynova prorektorluq və fakültə əməkdaşlarına pozitiv, ciddi, səmimi əməkdaşlıq şəraitində tapşırıqlarını verdi, yeni ixtisaslarda təhsil alan tələbələrlə görüşmək, onların təhsil maraqları və ehtiyaclarını dinləməyi tapşırdı. "Bizim hər günümüz tələbələrimizlə, həmkarlarımızla əlamətdardır. Gəlin, o günləri daha maraqlı, daha yaddaqalan edək!" deyən prof. Mahirə Hüseynovanın əməkdaşları ilə bu iş gününün də yadda qalacağı şübhəsizdir...