Professor-şair Mahirə Nağı qızı Hüseynovanın şeiri "Türkay" ədəbiyyat dərgisində çap olunub
Yanvar ayının 1-i 2023-cü il tarixində baş redaktoru Lütviyyə Əsgərzadə olan "Türkay" aylıq ədəbiyyat dərgisində Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor, tanınmış şair Mahirə Nağı qızı Hüseynovanın "Sənsiz" şeiri çap olunub.
Qeyd edək ki, "Türkay" ədəbiyyat dərgisi Türkiyə Cumhuriyyətində nəşr olunur.