ADPU-nun Filologiya fakültəsinin "Filoloq" qəzetinin 5-ci nömrəsi çap olunub

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynovanın təşəbbüsü və ideyası ilə çap olunan "Filoloq" qəzetinin 5-ci nömrəsi çap olunub. 1-ci səhifədə qəzetin baş redaktoru, fakültənin elmi işlər üzrə dekan müavini f.ü.f.d. Könül Həsənovanın "Ali məktəblərin başlaca vəzifəsi ancaq mütəxəssis hazırlamaq deyil" adlı məqaləsi dərc edilib. 2-ci və 3-cü səhifədə "Mahirə Nağıqızı - 62: Vətən üçün çırpınan misralar" adlı ədəbi-bədii tədbir keçirilib"adlı yazı, professor Milvari İsmayılovanın "Professor Mahirə xanım Hüseynovanın dilçilik görüşlərinin elmi konsepsiyası" adlı məqaləsi, 4-cü və 5-ci səhifədə "Görkəmli alim ictimai xadim professor Həsən Mirzəyevin 95 illiyinə həsr olunan Beynəlxalq Konfrans" və professor İbrahim Bayramovun "Görkəmli dilçi-türkoloq professor Həsən Mirzəyevin yaradıcılığı və elmi fəaliyyəti" adlı məqaləsi, 6, 7-ci səhifələrdə Filologiya fakültəsində "Körpü" Ədəbiyyat Ocağının yaradılmasından, Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş tədbirdən, fakültənin nəzdində yaradılan "Meh" Ədəbi Dərnəyinin "Hesabat" tədbirindən, ADPU-nun Özbəkistanın Daşkənd Dövlət Pedaqoji Universiteti ilə ilə əməkdaşlıq müqaviləsi imzalamasından bəhs olunub. Qəzetin sonuncu səhifəsində isə ADU-da, BSU-da və AMEA-da görkəmli alim Həsən Mirzəyevin 95 illiyinə həsr olunmuş tədbirlərdən, Özbəkistanın Urgənc Dövlət Universitetinin professoru Məhəbbət Salayevanın və Qazaxıstanın Astana şəhərində yerləşən Nazarbayev adına Universitetin professor assistenti Janar Baieliyevanın Filologiya fakültəsində qonaq olmasından bəhs olunub.

 


© 2023Filologiya.az. Bütün Hüquqlar qorunur