Bu gün ADPU-nun rektoru prof. Cəfər Cəfərov, Beynəlxalq Əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova, Tədris işləri üzrə prorektoru dos.Eldar Aslanov, həmçinin Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini f.ü.f.d Könül Həsənova, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini p.ü.f.d,dos. Pəri Paşayeva, tədris işləri üzrə dekan müavini f.ü.f.d. Zemfira Abbasova auditoriyalara daxil olaraq fakültəmizin I kurs tələbələri ilə görüş keçirdi. Tələbələri bir daha təbrik edərək onlara yeni dərs ilində uğurlar arzuladılar. Görüşdə bir daha vurğulandı ki,ixtisas seçimi hər bir insanın həyatında mühüm əhəmiyyət kəsb edir. Ali təhsil almaq üçün ADPU-nu seçən gənclər öz dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə daha yaxından bələd olacaqlar. Qeyd olundu ki, tələbələr tədris prosesində aldıqları biliklərlə kifayətlənməməli, yüksək səviyyəli mütəxəssis kimi yetişmək üçün daim oxumalı, mütaliə etməli, öz üzərlərində əzmlə çalışmalı, bilik və bacarıqlarını artırmalıdırlar.Sonda tələbələrin tədrislə bağlı sualları cavablandırıldı.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur